Qvardiola: “Qazanmaqdan başqa çarəmiz yoxdur”

17:48 27 Aprel 2023

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 33-cü turunun “Arsenal”la qarşılaşmasından sonra (4:1) açıqlama verib.

 

Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, Erlinq Haland və Kevin de Bruyne arasında olan əlaqədan söz açıb:

“Hər zaman hücumda təhlükəli olmuşuq. Haland və De Bruyne arasında olan əlaqə inanılmazdır. Son matçda bundan istifadə etməyə çalışdıq. “Mançester Siti” ardıcıl olaraq bir neçə dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Mövsümün əvvəlində fikir bildirməyin tez olduğunu demişdim. O vaxt “Arsenal” üçün hər şey fərqli idi. Hər oyuna final matçı kimi baxırdılar.

Futbolçularım bilirlər ki, çempionluq uğrunda mübarizədən qopmamaq üçün qalib gəlmək lazımdır. Qazanmaqdan başqa çarəmiz yoxdur. Bu, yaxşı düşüncədir. Oyunçularım sübut etdilər ki, hər matçda meydana qələbə qazanmaq üçün çıxırlar”.

 

Qeyd edək ki, “şəhərlilər” hazırda İngiltərə çempionatının turnir cədvəlində 73 xalla ikinci, “topçular” isə 75 xalla birincidir. Xatırladaq ki, “Mançester Siti” iki oyun az keçirib.


Digər xəbərlər

Xəbər xətti