Lukakunu “İnter”də saxlaya biləcək 2 amil

18:20 27 Aprel 2023

“Çelsi”dən icarəyə götürülən “İnter”in hücumçusu Romelu Lukakunun gələcəyi bir neçə amildən asılıdır.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Milan klubunun Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından, həmçinin, gələn mövsüm komandanı kimin çalışdıracağından asılıdır.

 

Lukaku hələ ki, klubdakı gələcəyini düşünmür, bütün diqqətini “İnter”in Çempionlar Liqası və A Seriyasındakı çıxışlarına yönəldib.

 

“Telegraph” nəşri daha əvvəl iddia edirdi ki, 29 yaşlı belçikalı futbolçu Maurisio Poçettino baş məşqçi postuna keçdikdən sonra “Çelsi”də yenidən şans qazana bilər.

 

Qeyd edək ki, Lukaku bu mövsüm “İnter”in heyətində 26 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti