"Fənərbaxça"da şok itki: 1 ay oynamayacaq

19:50 27 Aprel 2023

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Atilla Salai sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Macarıstanlı mərkəz müdafiəçisi Super Liqanın 32-ci turunun "İstanbulspor"la matçında (3:3) zədələnib. Diz bağlarında zədə aşkarlanan 25 yaşlı futbolçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, "Fənərbaxça" Atilla Salaini 2021-ci ilin yanvar ayında Kipr "Apollon"undan transfer edib. Macarıstan millisinin üzvü cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti