Mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatan Serxio Buskets gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ötən həftə Lionel Messi və Jordi Alba ilə birlikdə etdiyi şam yeməyindən sonra qərarını qətiləşdirib. Argentinalı hücumçu kapitanı Kataloniya təmsilçisi ilə yeni sözləşmə imzalamağa razı salıb.
Yayda PSJ ilə müqaviləsi bitən Messinin "Barselona"ya qayıtmaq ehtimalı da Busketsin qərarına təsir edib. İspaniya millisinin üzvü yeni sözləşmədə maaşının xeyli azaldılmasına da razı olub.
Qeyd edək ki, Serxio Buskets "Barselona"nın yetirməsidir. 35 yaşlı futbolçu La Liqa klubunun heyətində meydana çıxdığı 717 rəsmi matçda 18 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb.