Azərbaycanlı hakim Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasına təyinat alıb.
Sportarena.az xəbər verir ki, FIFA referisi PAOK - "Aris" qarşılaşmasını idarə edəcək. Bu barədə Super liqanın rəsmi saytında məlumat verilib.
Ağayevə yan xətt hakimləri Akif Əmirəli ilə Zeynal Zeynalov kömək edəcək. VAR-da isə Kamal Umudlu olacaq.
Qeyd edək ki, PAOK - "Aris" matçı 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da start götürəcək.