Maliyyə problemləri yaşayan "Barselona" mövsümün sonunda klub televiziyasını bağlayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Kataloniya təmsilçisi televiziyanı bağladıqdan sonra 13 milyon avroya qənaət etmiş olacaq. Bu qərardan sonra 120 nəfər işsiz qalacaq.
“Barselona” rəhbərliyi bu addımı La Liqanın maliyyə-feyr pleyi tələblərinə görə atır.