İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Everton” – “Nyukasl” və “Sauthempton” – “Bornmut” matçlarında qonaqlar qələbəyə seviniblər. Dörd qolun qeydə alınığı “Tottenhem” – “Mançester Yunayted” görüşündə isə qalib müəyyənləşməyib.
Hazırda 75 xalı olan “Arsenal” vahid liderdir. “Mançester Siti” 73 xalla ikinci, “Nyukasl” 62 xalla üçüncüdür. “Mançester Yunayted”in 60, “Tottenhem” və “Aston Villa”nın 54, “Liverpul”un 53, “Brayton”un 49, “Brentford”un 47, “Fulhem”in 45, “Çelsi”nin 39 xalı var.
İngiltərə Premyer Liqası
33-cü tur
27 aprel
Everton – Nyukasl 1:4
Qol: Maknil, 80 – K.Uilson, 28; 75. Joelinton, 72. Mörfi, 81.
Sauthempton – Bornmut 0:1
Qol: Tavernye, 50.
Tottenhem – Mançester Yunayted 2:2
Qol: Porro, 56. Son, 79 – Sanço, 7. Raşford, 44