İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, ikinci yarımfinal görüşündə “Fiorentina” doğma meydanda “Kremoneze” ilə qarşılaşıb.
Cavab görüşü qolsuz bitib. Nəticədə səfərdə 2 cavabsız qolla qalib gəlmiş “Fiorentina” finala çıxıb.
Daha öncə “İnter” “Yuventus”u mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi. Beləliklə, mayın 24-də baş tutacaq həlledici oyunda “İnter”lə “Fiorentina” qarşılaşacaq.
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
27 aprel
Fiorentina – Kremoneze 0:0
İlk oyun – 2:0.