PSJ “Lill”in hücumçusuna göz dikib

11:19 28 Aprel 2023

“Lill”in hücumçusu Conatan Devid karyerasını PSJ-də davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

 

“Lill” hücumçunun potensial transferini 65 milyon avro dəyərində qiymətləndirir. PSJ futbolçuya maraq göstərir. Lakin əvvəlcə onlar növbəti mövsümdə komandanın baş məşqçisi postuna kimin keçəcəyinə qərar vermək istəyirlər.

 

Qeyd edək ki, 23 yaşlı Devid bu mövsüm Liqa 1-də 31 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti