Fernando Alonso: “Sprint yarışı məşq etməkdən daha maraqlıdır”

12:17 28 Aprel 2023

“Sprint yarışı məşq etməkdən daha maraqlıdır”.

 

Sportarena.az xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Aston Martin” komandasının pilotu Fernando Alonso Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsinə münasibət bildirərkən deyib.

 

İspaniyalı sürücü yeni formata uyğunlaşmağın vaxt alacağını düşünür:

“İki il idmandan kənarda qalanda məşqə baxmırdım. Çünki çox uzun və darıxdırıcı idi. Bu üzdən həftəsonu fərqli bir şeyin faydalı olacağını fikirləşirəm. Sprint yarışını qəbul etməli və “Formula 1” təşkilatçılarına köməklik göstərməliyik. Ümid edirəm ki, azarkeşlər bu yarışa müsbət rəy verəcəklər. Şənbə günü daha stresli keçəcək”.

 

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisində əsas yarış aprelin 30-da baş tutacaq.


Xəbər xətti