“Formula 1”: Sərbəst yürüşdə daha bir pilot mübarizəni dayandırıb

14:36 28 Aprel 2023

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüşündə daha bir pilot mübarizəni dayandırıb.

 

Sportarena.az xəbər verir ki, “Haas” komandasının sürücüsü Kevin Maqnussen sonadək yarışa bilməyib.

 

Buna onun bolidinin yanacaq sistemində təzyiqin artması səbəb olub.

 

Qeyd edək ki, bunadək "Alpin" komandasının pilotu Pyer Qasli də bolidinin yanması səbəbindən sərbəst yürüşdə uğursuzluqla üzləşib.


Digər xəbərlər

Xəbər xətti