“Real”ın yarımmüdafiəçisi Luka Modriç zədə səbəbindən Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə ilk oyunu buraxmaq riski ilə üzləşib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, Modriçin bud sümüyü əzilib və bu səbəbdən, iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
37 yaşlı yarımmüdafiəçi qarşıdakı La Liqa matçlarında və “Osasuna” ilə kral kubokunun finalında oynamayacaq.
Xorvatiyalı futbolçunun Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə ilk matçda iştirakı sual altındadır. İlk oyun mayın 9-da, Madriddə keçiriləcək.