“Napoli”nin sabiq futbolçusu Marek Hamşik çempionluğa doğru gedən neapollulara azarkeşlik edir. O, keçmiş komandasının uğuruna sevinir.
Sportarena.az xəbər verir ki, slovakiyalı futbolçu “Napoli”nin ötən mövsümün çempionu “Milan”dan güclü olduğuna əmidir:
“Bunu turnir cədvəli də göstərir. Amma Çempionlar Liqasında “rossonyerlər”in yarımfinala adlaması əsəblərimi pozur. “Napoli” həmin görüşlərdə də qalib gələ bilərdi. Təəssüf ki, alınmadı”.
Hamşik A Seriyasında qalib olmağı daha üstün sayır:
“Skudetto çox dəyərlidir, onu qazanmaq dünyadakı hər şeyi unutdurur”.
Qeyd edək ki, hazırda “Trabzonspor”da oynayan Hamşik 2007-2019-cu illərdə Neapol təmsilçisində çıxış edib.