"Barselona"nın baş məşqçisi Xavi Ernandes futbolçusu Mark-Andre ter Ştegeni dünyanın ən yaxşı qapıçısı hesab edir.
Sportarena.az xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. Xavi deyib: "Mən Ter Ştegeni yaxından tanıyıram, çünki onunla oynamışam. Mark hazırda dünyanın ən yaxşı qapıçısıdır. O, öz oyun tərzi ilə bizə çox kömək edir".
Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən Kataloniya təmsilçisinin formasını geyinir. 1998-2015-ci illərdə "Barselona"da oynayan Xavi isə 2021-ci ildən bu komandanı çalışdırır.