"Beşiktaş" borclarından belə xilas olmaq istəyir

20:19 28 Aprel 2023

“Beşiktaş” borclarını ödəmək üçün yeni layihələr həyata keçirməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 30 min insanın yaşayacağı qəsəbə inşa edəcək. Bu istəyin müsbət qarşılandığını deyən klub prezidenti Ahmet Nur Çebi hazırda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın cavabını gözlədiklərini bildirib.

 

Yeni yaşayış kompleksi İstanbulun Eyyüpsultan rayonundakı Çiftalan kəndindəki keçmiş əkin və mədən ərazisində tikiləcək. “Qara qartal”lara 7,5 milyard lirə gəlir gətirəcək bu layihə sayəsində komanda 6,2 milyard türk lirəsi olan borcunu tam ödəyə biləcək.

 

Türkiyənin daha bir təmsilçisi “Qalatasaray” da eyni üsulla borclarından qurtulmağı planlaşdırır.


Digər xəbərlər

Xəbər xətti