Rusiyanın “Ufa” klubu ciddi maliyyə böhranı ilə üzləşib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun baş direktoru Şamil Qazizov məlumat verib. O bildirib ki, klub maliyyə problemlərinə görə komanda avtobusunu satır. Bundan əvvəl reklam saytlarından birində “Ufa”nın avtobusunun 24,7 milyon rubla satılması ilə bağlı xəbər yayılıb.
“Elan etibarlıdır, klub avtobusu satır. Bunun səbəbi maliyyə problemləridir? Şərh etmək belə istəmirəm, hər şey aydındır. Mənim vəzifəm klubu borcdan azad etməkdir ki, heç bir qadağa, cəza olmasın. Mən də bunu etməyə çalışıram”, – “Matç TV” Şamil Qazizovdan sitat gətirib.
Qeyd edək ki, “Ufa” 2022/2023 mövsümünün sonunda Rusiya Premyer Liqasından aşağı liqaya düşüb. İndi ufalılar Birinci Liqada turnir cədvəlində 16-cı yerdədir.