DÇ-2022-nin seks simvolu hesab edilən İvana Knoll Azərbaycana gəlib. Bu barədə o, “İnstaqram”da məlumat verib. 2016-cı ildə Xorvatiya gözəli seçilən model Heydər Əliyev adına Hava Limanından video paylaşaraq Bakıya çatdığını qeyd edib.
Sportarena.az "Aut.az"a istinadən xəbər verir ki, Knollun Bakıya gəlmə səbəbi reklam xarakterlidir. Azərbaycan Qran-prisinin əməkdaşlıq etdiyi şirkətlərdən biri onu Azərbaycana pul müqabilində dəvət edib. Qətər mundialında diqqətləri üzərinə cəlb edən model Bakıya gəlmək üçün 50 min avro istəyib və müsbət cavab alıb.
İvana, təkcə yarışlar zamanı deyil, rəsmi və qeyri-rəsmi tədbirlərdə də iştirak edəcək. Onun bura gətirilməsi tamaşaçıların aktivliyinin və Qran-priyə olan marağın artmasına hesablanıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək.