AFFA "Turan Tovuz"un qapıçısının cəzasını azaldıb

18:54 28 Aprel 2023

"Turan Tovuz"un qapıçısı Kamal Bayramovun cəzası azaldılıb.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin 38 yaşlı qolkiper barəsində qəbul etdiyi 3 oyunluq diskvalifikasiya qərarında dəyişiklik edib.

 

Sanksiyasının icra edilməyən 2 oyun kənarlaşdırılmaya dair hissəsinin icrası 1 oyunluq dayandırılıb və buna görə 6 ay sınaq müddəti təyin olunub.

 

Sınaq dövründə Bayramov qayda pozuntularına yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.


Digər xəbərlər

Xəbər xətti