"Mançester Yunayted" yarımmüdafiəçisi Alexandro Qarnaço ilə müqaviləni uzadıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı oyunçu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.
Qarnaço “Mançester Yunayted”in yetirməsidir, əsas komandada 31 oyun keçirib, 4 qol vurub və 5 qolun ötürməsini verib.