"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin futbolçusu Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı ilə bağlı sualı növbəti dəfə cavablandırıb.
Sportarena.az "Diario Sport"a istinadən xəbər verir ki, o deyib:
“Leonun qayıdıb-qayıtmayacağını hələ bilmirik. Bu haqda danışmaq hələ tezdir. Bütün diqqətimizi "Betis"lə oyuna və La Liqanı qazanmağa yönəlmişik. Tansferlərə gələcəkdə baxarıq”.
Xavi həmçinin "Barselona" ilə La Liqa rəhbərliyi arasında Messinin transferinin maliyyə feyr-pleyinin tələblərinə uyğun olub-olmayacağını müzakirə edəcəkləri görüşlə bağlı sualı da cavablandırıb:
“Bu görüş təkcə Leonun mümkün qayıdışı ilə bağlı olmayacaq. Görək. Bu, "Barselona"nın qarşıdan gələn mövsüm üçün heyəti təkmilləşdirmək imkanının olması üçün lazımdır, amma indi bu o qədər də vacib məsələ deyil. La Liqada qalib gəlməliyik".
Qeyd edək ki, Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.