Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edib. Qonaqlar matçdan qalib ayrılıb - 0:1.
Günün digər oyununda isə "Sabah" doğma meydanda "Şamaxı" ilə qarşılaşıb. Ev sahibi qələbəyə sevinən tərəf olmağı bacarıb - 1:0.
Azərbaycan Premyer Liqası
32-ci tur
29 aprel (şənbə)
16:00. "Kəpəz" 0:1 "Sumqayıt" (yekun)
Qol: Vüsal 64
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.
18:30. "Sabah" 1:0 "Şamaxı" (yekun)
Qol: Kaşuk 7
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Bank Respublika Arena".
Qeyd edək ki, turun "Zirə" - "Turan Tovuz" və "Qəbələ" - "Səbail" oyunları mayın 1-də, "Neftçi" - "Qarabağ" görüşü isə mayın 2-də keçiriləcək.