Bu gün millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasında 32-ci tur oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, komanda "Trabzonspor"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. M.Emrelinin sözügedən matçda start heyətdə yer alacağı gözlənilir.
Qeyd edək ki, "Trabzonspor" 45 xalla (29 oyun) 6-cı, "Konyaspor" 42 xalla (30 oyun) 8-cidir. Turnir cədvəlinə 70 xalla (29 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 64 xalla (29 oyun) 2-ci, "Beşiktaş" 62 xalla (30 oyun) 3-cüdür.
29 aprel
17:00. "Konyaspor" - "Trabzonspor"