“Napoli”nin müdafiəçisi Kim Min Jae hərbi xidmətini başa vurmaq üçün Cənubi Koreyaya yollanacaq.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, onun 2023-cü ilin iyun və iyul aylarını əhatə edən üç həftəlik xidməti yekunlaşdırması tələb olunur.
Oyunçu 2018-ci ildə Asiya çempionatının qalibi olduqdan sonra tam hərbi xidmətdən azad edilmişdi.
Öncədən “Tottenhem”in üzvü Son Hın Min də 2020-ci ildə oxşar vəziyyət yaşamışdı.
Kim Min Jae 2022/23 mövsümündə “Napoli”nin heyətində 40 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.