Qətər Şeyxi Həməd bin Casim bin Cabir Əl Tani “Mançester Yunayted” üçün 5 milyard funt-sterlinqdən çox pul təklif edir.
Sportarena.az “CBS Sports”-a istinadən xəbər verir ki, bu, ərəblərin “qırmızı şeytanlar”ı almaq üçün sonuncu təklifidir. Həməd bin Casim klubun infrastrukturuna əlavə vəsait də yatırmaq fikrindədir.
Heç vaxt bir idman klubu üçün 5 milyard funt-sterlinqdən çox pul ödənilməyib. İndiyə qədər reallaşan ən böyük sövdələşmə 2022-ci ildə qeydə alınıb – ABŞ-ın peşəkar futbol liqası olan NFL təmsilçisi üçün “Denver Bronkos” üçün 4,65 milyard dollar (3,75 milyard funt-sterlinq) xərclənib.
“Sky Sports” isə bildirir ki, Mançester təmsilçisinin hazırkı sahibi Qleyzer ailəsi Əl Taninin təklifindən imtina edə bilər. Onlar klub üçün 6 milyard funt-sterlinq tələb edir. Əl Tani MY-ni almaqda israrlıdır.