Rusiya milli komandasının sabiq baş məşqçisi Boris İqnatyev ölkənin ən yaxşı mütəxəssisləri haqda danışıb.
Sportarena.az "Труд"a istinadən xəbər verir ki, o, "Sabah"ın baş məşqçisi Murad Musayevi xüsusi qeyd edib:
"Bizim Murad Musayev də Azərbaycanda uğurlu işləyir. O, çempionatın sonuncu pilləsində yer alan komandanı ikinci pilləyə qədər yüksəldib. Müqayisə zamanı hər şey məlumdur".