"Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik".
Sportarena.az xəbər verir ki, bunu "Formula 1"in prezidenti Stefano Domenikali Azərbaycan Qran-prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.
58 yaşlı funksioner Bakı Şəhər Halqasının "Formula 1" üçün çox məşhur məkana çevrildiyini bildirib:
"Bakı bir çox həyəcanlı yarışlara ev sahibliyi edib".
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-prisi ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.