"Alfa Tauri" komandasında çıxış edən yaponiyalı pilot Yuki Tsunoda "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Sportarena.az xəbər verir ki, sürücünün bolidinin təkəri çıxıb.
Nəticədə sarı bayraq qaldırılıb, Tsunoda pit-leynə çatsa da, mübarizəni davam etdirə bilməyib.
Qeyd edək ki, Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışları davam edir.