"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçusu Vinisius Junioru Pele və Dieqo Maradona ilə müqayisə edib.
Sportarena.az xəbər verir ki, "El Desmarque"yə danışan italiyalı mütəxəssis 22 yaşlı futbolçunun üstünlüklərindən söz açıb:
"Baş verənlər cəmiyyət üçün pisdir. İrqçilik hələ də mövcuddur. Cəmiyyət müasir olmaq istəyirsə, bu məsələ davam edə bilməz. Oyun zamanı meydanda rəqiblər Vinisiusu çox vururlar. Bunu açıq-aşkar görmək mümkündür. Maradona və Peleni də çox vururdular. Biz şanslıyıq ki, Vinisius güclüdür və tab gətirə bilir. Belə oyunçuların qayğısına qalmağa dəyər. Bu cür futbolçuları saxlamağın yeganə yolu hakimlərin ədalətli olmasıdır. Bu, ciddi bir şeyin qarşısını almağın yeganə yoludur".