"Barselona"nın 15 yaşlı hücumçusu Lamin Yamal klub tarixində La Liqa matçlarında meydana çıxan ən gənc futbolçu olub.
Sportarena.az "Opta"ya istinadən xəbər verir ki, Yamal ötən gecə La Liqanın 32-ci turunun "Betis"lə matçında (4:0) iştirak edib. Hücumçu 86-cı dəqiqədə yarımmüdafiəçi Qavini əvəzləyib. Bu, həm də futbolçunun "Barselona"da ilk rəsmi oyunu olub.
15 yaş 290 günlük gənc oyunçu İspaniya çempionatında klub rekordunu qıraraq, "Barselona" tarixində ən gənc debütant olub. İspaniya klublarından La Liqada yalnız 4 oyunçu daha gənc yaşda meydana daxil oub. Mütləq rekordçu 2019/2020 mövsümündə 15 yaş 219 günlüyündə "Malyorka"da meydana çıxan Luka Romerodur.