Gürcünü satmayacaqlar

14:20 30 Aprel 2023

“Napoli” rəhbərliyi komandanın cinah oyunçusu Xviça Kvaratsxeliya ilə ayrılmaq fikrində deyil.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, böyük məbləğdə transfer təklifi olsa belə, gürcü futbolçunun satışı nəzərdə tutulmur.

 

Daha əvvəl Xviça ilə “Liverpul” və PSJ-nin maraqlandığı bildirilirdi.

 

Kvaratsxeliya 2022-ci ildən “Napoli”nin şərəfini qoruyur. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Gürcü yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 14 qol vurub və 16 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti