Keyn Poçettino dövrünü həsrətlə xatırladı

14:40 30 Aprel 2023

“Tottenhem”in hücumçusu Harri Keyn London klubunun Maurisio Poçettino dövrünü xatırlayıb.

 

Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, həmin zamana nəzər yetirməli və yaxşı nəticələri həyata keçirmək üçün çalışmalı olduqlarını vurğulayıb:

“Həmin vaxt (2014-2019-cu illər) komandada gənc və təcrübəli oyunçular var idi. Futbolda çırtma vuraraq, yaxşı zamanlara qayıdıb “hər şey əvvəlki kimi olsun” demək mümkün deyil.

Hər mövsüm fərqli keçir. Mənə elə gəlir ki, o vaxtlar istədiyimizi əldə etməkdə bizə kömək olan dəyərlər və mədəniyyət var idi.

Məncə, son bir neçə ildir ki, bunun bir hissəsini itirmişik və geriyə baxıb ondan yaxşı nəticələr əldə edə biləcəyimizi görməliyik. Həm də, bunu həyata keçirməyə çalışmalıyıq”.

 

 

Qeyd edək ki, Argentinalı mütəxəssis Poçettino 2018/19 mövsümündə paytaxt təmsilçisini UEFA Çempionlar Liqasının finalına çıxarmışdı. Onlar həlledici qarşılaşmada “Liverpul”a uduzmuşdular (0:2).


Digər xəbərlər

Xəbər xətti