Messidən Səudiyyə Ərəbistanla bağlı paylaşım: Kimin ağlına gələrdi ki…

17:51 30 Aprel 2023

PSJ-nin hücumçusu Lionel Messi sosial şəbəkədə Səudiyyə Ərəbistanı ilə bağlı paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, argentinalı futbolçu paylaşımında belə yazıb:

“Kimin ağlına gələrdi ki, Səudiyyə Ərəbistanında bu qədər yaşıllıq var? Hər fürsətdə onun gözlənilməz gözəlliyini kəşf etməyi sevirəm”.

 

35 yaşlı Messi Səudiyyə Ərəbistanının səfiridir.

 

Keçmiş klubu “Barselona”nın Messiyə 2025-ci ilin yayına qədər nəzərdə tutulan, mövsümə 25 milyon avro maaşla müqavilə təklif etdiyi bildirilir.

 

Qeyd edək ki, 35 yaşlı futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti