“Napoli” çempionluğu rəsmiləşdirə bilmədi

19:27 30 Aprel 2023

İtaliya A Seriyasında 32-ci turda "Napoli" öz meydanında "Salernitana"nı qəbul edib.

 

Sportarena.az xəbər verir ki, oyun qollu bərabərliklə başa çatıb və qalib müəyyənləşməyib.

 

“Napoli”nin heyətində Matias Oliveyra hesabı açsa da, Bulaye Dia bərabərliyi təmin etməyi bacarıb.

 

Beləliklə, “Napoli” çempionluğu rəsmiləşdirə bilməyib. Hazırda Neapol klubu 79 xalla vahid liderdir və ən yaxın izləyicisi “Latsio”nu 18 xal üstələyir.


Digər xəbərlər

Xəbər xətti