Rüfət Dadaşovun dublu komandasına bəs etmədi

20:31 30 Aprel 2023

Almaniyanın Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilir. 

 

Sportarena.az xəbər verir ki, millimizin sabiq üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası doğma meydanda “Boxolt”la qarşılaşıb və 2:4 hesabı ilə uduzub.
 

Rüfət bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dadaşov komandasının hər iki qolunun müəllifi olub. O, 22-ci və 52-ci (penaltidən) dəqiqələrdə fərqlənib.

 

"Şalke-2" - "Boxolt" - 2:4

Qollar: Vinkinq, 16 (0:1), Dadaşov, 22 (1:1), Platzek, 52-pen. (1:2), Daaşov, 52-pen. (2:2), Vild, 90+3-pen. (2:4)
 

“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti