Almaniya 3-cü Bundesliqasında 34-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Viktoriya Köln"ü qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Dmitri Nazarov da bu oyunun iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi 67-ci dəqiqədə meydana daxil olub. O, 82-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub.
Xallarını 43-ə yüksəldən "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.