“Yuventus” da xal itirdi - VİDEO

10:08 1 May 2023

İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

 

“İnter” evdə “Latsio” üzərində əzmkar qələbəyə sevinib.  “Bolonya”nın qonağı olan “Yuventus” xal itkisi ilə üzləşib. Lider “Napoli” də “Salernitana” ilə oyunda qələbəni əldən verib. Halbuki, Neapol təmsilçisi bu oyunda qalib gələcəyi halda vaxtından öncə çempionluğu təmin etmiş olacaqdı.

 

Hazırda 79 xala malik “Napoli” vahid liderdir. “Latsio” 61 xalla ikinci, “Yuventus” 60 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”, “Milan” və “Roma”nın isə 57 xalı var.

 

İtaliya A Seriyası

32-ci tur

30 aprel

İnter – Latsio 3:1
Qol
: L.Martines, 78; 90. Qosens, 83 – F.Anderson, 30.

 

Kremoneze – Verona 1:1
Qol
: Okereke, 9 – S.Verdi, 75.

 

Napoli – Salernitana 1:1
Qol
: M.Oliveyra, 62 – B.Dia, 84.

 

Sassuolo – Empoli 2:1
Qol
: Berardi, 82; 90+7 – Kambyaqi, 11.

 

Fiorentina – Sampdoriya 5:0
Qol
: Kastrovilli, 45+2. Dodo, 62. Dunkan, 66. Kuame, 76. Terziç, 88.

 

Bolonya – Yuventus 1:1
Qol
: Orsolini, 10-pen – Milik, 61.


Digər xəbərlər

Xəbər xətti