21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunda iki yoldaşlıq oyunu keçirəcək.
Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, milli komanda Türkiyə və Qırğızıstanla qarşılaşacaq.
Türkiyə ilə oyun iyunun 17-də İstanbulda, Qırğızıstanla görüş isə üç gün sonra Bakıda təşkil olunacaq.