İsveçrədə mövsümün qalibi yarış bitmədən müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Yanq Boyz” İsveçrə çempionatının 2022/23 mövsümünün qalibi olub.
Rafael Vikkinin komandası 31-ci turda “Lüsern”i məğlub edərək (5:1) xallarının sayını 64-ə çatdırıb. “Yanq Boyz” sona 5 tur qalmış ən yaxın izləyicisini 18 xal qabaqlayır. Bununla da “Yanq Boyz” çempionluğu rəsmiləşdirib.
Bern klubu tarixində 16-cı, son 6 ildə isə 5-ci dəfə bu yarışın qalibi olub.