Xorvatiyada mövsümün qalibi yarış bitmədən müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Dinamo” Xorvatiyada erkən sevinib. 32-ci turda səfərdə “Hayduk”la heç-heçə edən komanda sona 4 tur qalmış qızıl medalları təmin edib.
Aktivində 71 xal olan Zaqreb təmsilçisi ən yaxın izləyicisi “Hayduk”u 12 xal qabaqlayır.
“Dinamo” ardıcıl 6-cı, ümumilikdə isə 24-cü dəfə Xorvatiya çempionu olub.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli müqavilə ilə “Dinamo”ya məxsusdur. O, hazırda icarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış edir.