Üzr istədi

15:20 1 May 2023

PSJ-nin qapıçısı Canluici Donnaruma Fransa çempionatının 33-cü turunun “Loryan”la görüşünü (1:3) şərh edib.

 

Sportarena.az “Canal+”-a istinadən xəbər verir ki, o, baş məşqçi Kristof Qaltenin tənqidlərə məruz qaldığını deyib:

“Yaşananlar üçün üzr istəyirəm. Hamımız Qalte ilə yaxınıq. Onun üçün qələbə qazanmalı idik.

Baş məşqçimiz həddindən çox tənqidlərə məruz qalır. Təbii ki, bu, xoşumuza gəlmir. Çempion olmaq üçün birliyimizi qorumalıyıq”.


Digər xəbərlər

Xəbər xətti