“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Türkiyə Super Liqasının 32-ci turunun “Qalatasaray”la görüşündən sonra (3:1) danışıb.
Sportarena.az “A Spor”-a istinadən xəbər verir ki, o, stadionda möhtəşəm atmosferin olduğunu söyləyib:
“Oyundan əvvəl futbolçularla danışdıq. Stadionda möhtəşəm atmosfer var idi. Boş yer tapmaq mümkün deyildi. Rəqibimizin heyətində yüksək keyfiyyətlərə malik futbolçular var.
Çox həvəsli idik. Bəzi epizodlarda çoxlu top itkilərimiz oldu. İlk dəqiqələrdən düşündüyümüz oyunu nümayiş etdirə bilmədik. Rəqib də səhvsiz oynayırdı. Bir səhv ucbatından qol buraxdıq. Onsuz da həmin hücumdan sonra “Qalatasaray”ın “çərçivə”yə dəqiq zərbələri olmadı. Daha çox qol vura bilərdik.
“Beşiktaş” olaraq qaranlıqdan aydınlığa çıxmağımızın gərəkli olduğunu öncədən bildirmişdim. Kifayətdirmi? Xeyr.
İndi hansı durumda olduğumuzu və gələcəkdə nələri edəcəyimizi planlamalıyıq. Bu gün bir az da irəli addım atdığımızı gördüm. Futbolçularımın hansı niyyətlə meydançaya çıxmasını sezdim. Bu ənənəni davam etdirməliyik. Hətta daha artığını edə bilərik. Deməli, biz də mübarizə aparırıq.
Məni sevməsələr belə, hər kəs üçün nələrsə etməyə cəhd göstərən, amma sevənlərə reaksiya göstərən biriyəm. Xəcalətli olmamaq üçün çox çalışmalıyam. Biri sizi sevirsə və o, sizə doğru bir addım atırsa, siz də bir neçə addım atmalısız”.