Erik ten Haq: “Bu, çox çılğın sualdır”

14:51 1 May 2023

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 34-cü turunun “Aston Villa” ilə görüşünü (1:0) dəyərləndirib.

 

Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, matçda vurulan yeganə qolun müəllifi Bruno Fernandesdən danışıb:

“Fernandes sərt futbolçudur. Bir neçə həftə əvvəl onun kapitanlığı ilə bağlı sual verilmişdi. Bu, çox çılğın sualdır. Çünki Bruno əsl liderdir.

O, “Mançester Yunayted”in gənc nəsli üçün nümunə ola biləcək futbolçudur. Belə oyunçular olmadan kubok qazanmaq olmur”.

 

Portuqaliyalı oyunçu cari mövsümdə İngiltərə çempionatında 31 oyuna çıxıb, altı qol vurub və yeddi məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti