"Los-Anceles"in müdafiəçisi Corco Kyellini Çempionlar Liqasının yarımfinalında "Milan" - "İnter" matçından gözləntilərini bölüşərək, favorit seçmək məcburiyyətində qalacağı təqdirdə "rossonyerlər”dən daha çox "nerazzura”ya üstünlük verəcəyini qeyd edib.
Sportarena.az xəbər verir ki, “Fanast RFT”ə danışan təcrübəli müdafiəçi bunu belə əlaqələndirib: "Çempionlar Liqasının yarımfinalındakı Milan derbisi başabaş olacaq. Amma mərc etməli olsam, üstünlüyü "İnter"ə verərdim. Düşünürəm ki, "nerazzura" bu matçlarda daha güclü olduqları üçün üstünlüyə sahibdirlər".
İlk görüşdə ev sahibi "Milan" olacaq. Bu görüş mayın 10-da baş tutacaq. Cavab qarşılaşması isə mayın 16-na təyin edilib. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.