Yunanıstanın "Aris" klubunun rəhbərliyi Superliqanın 33-cü turunun PAOK-la oyununda (2:3) Azərbaycan hakimlər briqadasının idarəçiliyindən narazı qalıb və buna görə apellyasiya şikayəti verib.
Sportarena.az "Sport24.gr" portalına istinadən xəbər verir ki, Saloniki təmsilçisinin bəyanatı bu cür olub:
"Eyni şeyi deməkdən bezmişik. Əgər iş Azərbaycandan olan hakimlərə aiddirsə, hansı birlikdən danışırıq? Bu gün “Tumba” stadionunda hakimlərin daha bir “yaxşı” işinin şahidi olduq. Matçın 30-cu dəqiqəsində Əliyar Ağayev PAOK-un qapısına aşkar penaltini təyin etmədi və bu kobudluğa görə Kulierakisə qırmızı vərəqə vermədi. Baş hakimə VAR komandasında olan həmyerlisinin bu epizodla bağlı məlumat verməməsi daha təəccüblüdür. Aşkar saxtakarlıqdır. Çünki təyin edilmiş penalti və qırmızı vərəqə ilə oyunun balansı dəyişdirilmiş olardı.
Azərbaycanlı referi həm də hücumçu Abubakar Kamaranın qırmızı vərəqə görməsində “köməkçi” rolunu oynayıb. Həmin epizodda hakim futbolçuları sakitləşdirmək əvəzinə təxribatlara əl atdı. Onlar öz missiyalarını bir daha yerinə yetirdilər".