Premyer Liqanın 32-ci turunun “Qəbələ” – “Səbail” oyunundan (4:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Sportarena.az izi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Bizi ağır oyun gözlədiyini bilirdik. Komanda dörd matçdır 4 günlük qrafiklə çıxış edir. Buna görə çətinliklər öncədən görünürdü. Komanda yaxşı mübarizə apardı və layiqli qələbə qazandı. 3:0 hesabı ilə öndə olan tərəfin tempi aşağı salması normaldır. Sevindirici odur ki, komanda özündə güc tapdı və son nöqtəni qoya bildi. Əvəzetmələri futbolçuların durumuna əsasən gerçəkləşdirdik. Asif Məmmədov xəstələnmişdi və görüşdə iştirakı sual altında idi. Xarakter göstərərək meydana çıxdığı üçün ona təşəkkür edirik”.