Mikel Arteta: "Hələ də Premyer Liqanın çempionu ola bilərik"

12:17 2 May 2023

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 34-cü turunda "Çelsi"yə qarşı keçirəcəkləri matçdan gözləntilərini bölüşüb.

 

Sportarena.az BB-yə istinadən xəbər verir ki, o, London derbisində qalib gələrək yenidən lider olmaq istədiklərini deyib:

“Biz çətin olana nail olduq. Hələ də Premyer Liqanı qazana bilərik. Qarşıda 5 matç var, daha çox şey baş verə bilər.

Keçən həftəki məğlubiyyətimizi unutmaq, ondan dərs götürmək lazımdır. “Çelsi” ilə matç haqqında düşünməli və vəziyyəti düzəltməliyik”.

 

Qeyd edək ki, "Arsenal" Premyer Liqada 75 xalla 2-ci yerdədir. Onlar "Mançester Siti"dən bir xal geri qalırlar. Lakin "şəhərlilər"in hələ ehtiyatda 1 oyunu da var. 

 

Əlavə edək ki, "Arsenal" - "Çelsi" oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti