“Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolo “Milan”ın hədəfində olub.
Sportarena.az “Calciomercato”-ya istinadən xəbər verir ki, milanlılar qış transfer pəncərəsində 23 yaşlı yarımmüdafiəçinin keçidi variantını nəzərdən keçirib. Lakin futbolçu sonradan “Qalatasaray”a keçib.
İtaliyalı futbolçunun Türkiyə klubu ilə müqaviləsindəki sərbəst qalma bəndi 35 milyon avrodur.
“Milan” mövsümün sonunda Çempionlar Liqasına (ÇL) vəsiqə qazanacağı təqdirdə, Zaniolonun transferi məsələsinə yenidən qayıdacaq.