“Sabah” Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək yoxlama oyunu ilə bağlı açıqlama yayıb.
Sportarena.az xəbər verir ki, Bakı təmsilçisi sosial şəbəkə vasitəsilə istanbulluları qəbul edəcəyi üçün sevincli olduğunu paylaşıb.
“Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”, - deyə paylaşımda yazılıb.
Qeyd edək ki, “Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün mayın 13-də Azərbaycana gələcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.