"Fənərbaxça"nın yarımmüdafiəçisi zədələndi

19:23 2 May 2023

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, "sarı-lacivərtlilər"in futbolçusu İsmail Yüksek sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı yarımmüdafiəçi Super Liqanın 32-ci turunun "Sivasspor"la matçında (3:1) zədələnib. Əzələsində yırtıq aşkarlanan futbolçunun müalicəsinə başlanılıb. Onun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.

 

Qeyd edək ki, İsmail Yüksek cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti