Rauf Cabarov ciddi cəza alacaq. Dünən Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində baş tutan “Zirə” – “Turan Tovuz” oyununda (1:3) rüsvayçı qərarları ilə yadda qalan FIFA referisi mövsümün sonunadək təyinat almayacaq.
Sportarena.az xəbər verir ki, saysız səhvləri üzündən cəzalanacaq referinin yeni mövsümdən ümumiyyətlə, Premyer Liqa oyunlarını idarə edəcək hakimlərin siyahısına daxil edilməməsi mümkündür. Belə olduqda onun FIFA referiliyi də avtomatik olaraq bitəcək. Çünki daxili yarışlarda aldığı təyinatlar hakimlərin reytinqini müəyyənləşdirir.
İndiyədək bir çox hakim diskvalifikasiya edilib. AFFA hakimlərin cəzasını açıqlamasa da, uzun müddət təyinay almamaları ilə hər şey bəlli olur. Cabarovun qəbahəti isə o qədər böyük idi ki, ola bilsin, onun cəzalandırılması elan olunsun.